Xəbər - Sədrəddin Ağcayev -Trend:
Konkret tarixi deməkdə bir qədər çətinlik çəkirəm. Çünki bunun üçün hər bir tərəf razılığını verməlidir və bu qarşılıqlı bir prosesdir. Azərbaycan tərəfi isə öz mövqeyini bildirib. Azərbaycan tərəfi bu prosesə start verməyə hazırdır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın xarici siyasəti sahəsində ilin yekunlarına dair mətbuat konfransı zamanı AzerTimes-ın “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması nə zamana planlaşdırılır?” sualına cavab olaraq bildirib.
“Düşünürük ki, qarşı tərəf də bunun qaçılmaz olduğunu, ümumilikdə beynəlxalq norma və prinsiplərə uyğun olduğunu, dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin alternativi olmadığını anlayaraq, yaxın zamanlarda müsbət cavab verəcək”, – deyə nazir əlavə edib.
Nazir qeyd edib ki, üçtərəfli Soçi bəyanatında artıq bunun yer alması o deməkdir ki, Ermənistan tərəfi də bunu qəbul edir.