Ceyhun Bayramov Avropa İttifaqının Komissarı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa
İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver
Varhelyi ilə görüşüb.

Bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən
xəbər verir.

Görüşdə nazir Ceyhun Bayramov, bölgədə həyata keçirilən bərpa və
yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan
danışıb.

Avropa İttifaqının Komissarı Oliver Varhelyi, Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu
xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın
aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi
aparılıb.

Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və
gündəlikdə duran vacib məsələlərini qeyd etməklə Azərbaycan və
Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil
edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına
dair niyyətlərini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: