Ceyhun Bayramov Antalyada Ruslan Kazakbayevlə görüşüb

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı
çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan
Kazakbayev ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş
zamanı nazirlər Azərbaycan və Qırğızıstan arasında ikitərəfli
əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərini
müzakirə ediblər.

Nazirlər ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə
edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu
vurğulayıblar.

Görüşdə, həmçinin, ikitərəfli müqavilə-hüquq bazasının
genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər
sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq
ifadə edilib. Bildirilib ki, ölkələrimiz arasında münasibətlərin
inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan
danışıqlar xüsusi rol oynayır.

Tərəflər iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın
iclasının keçirilməsinin, həmçinin Xarici İşlər Nazirlikləri
arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin
münasibətlərin inkişafına daha da təkan verəcəyini ifadə
ediblər.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər
məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik
məsələləri müzakirə olunub.

Teqlər: