Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb (FOTO)

19 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş
tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tərəflər
Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və
Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı
olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında
münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o
cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma
istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin
başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam
etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi
vurğulanıb.

Teqlər: