Ceyhun Bayramov Aİ-nin Ali Nümayəndəsi ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya
Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr
və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının
Vitse-prezidenti Josep Borrell ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında
əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq
məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin
hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə
yekunlaşdırılmasının vacibliyini ifadə ediblər.

Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyı humanitar yardımın
göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli
bəyanatların həlli məsələləri, bölgədə həyata keçirilən bərpa və
yenidən qurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə
arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı
ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: