Çexiyada təyyarə qəzaya uğrayıb, ölən var

Çexiyanın cənubunda yerləşən Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə birləşmiş xilasetmə və yanğınsöndürmə xidmətinin nümayəndəsi Zuzana Faytova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 2 nəfər olub, onlardan 1-i qəza nəticəsində həlak olub. Qəzada yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbi hələki müəyyən edilməyib.