Çexiyada sərnişin qatarları toqquşub – Ölənlər və yaralılar var (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Çexiyanın qərbindəki Domajlitse şəhəri yaxınlığında iki sərnişin qatarı toqquşub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub. Daha 40 nəfərin xəsarət aldığı bildirilib.

Xəsarət alanlardan 7 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.


Qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb. İlkin ehtimallara görə, toqquşmaya maşinistlərdən birinin diqqətsizliyi və qırmızı işığa fikir verməməsi səbəb olub.