Çexiya prezidentinin katibi ukraynalı qaçqınla evləndi

Çexiya prezidentinin katibi ukraynalı qaçqınla evləndi

Çexiya prezidentinin mətbuat katibi İrji Ovçaçek müharibə səbəbindən Çexiyaya sığınan ukraynalı qadınla evlənib.

AzerTimes xəbər verir ki, bu barədə “Blesk” nəşri məlumat yayıb.

“43 yaşlı Ovçaçek cümə günü evlənib. Ovçaçekin həyat yoldaşı Ukraynadandır və o, müharibəyə görə qaçqınlara yardım çərçivəsində Çexiyaya sığınıb. Cütlük burada tanış olublar. Onun məktəbəqədər yaşlı oğlunun da olduğu bildirilir”, – məlumatda deyilib.

Qeyd edək ki, Ovçaçek 2013-cü ildən Çexiya Prezidenti Miloş Zemanın mətbuat katibidir.

Teqlər: