Çexiya prezidenti Zelenskiyə tapanca hədiyyə etdi – Foto

Çexiya prezidenti Zelenskiyə tapanca hədiyyə etdi – Foto

Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Vladimir Zelenskiyə “CZ 75” tapancası hədiyyə edib.

AzerTimes xəbər verir ki, o, bu barədə Tviterdə paylaşım edib.

P.Pavel Ukrayna xalqının məğlubedilməzliyinin Rusiyaya ağır bir zərbə olduğunu qeyd edib:

“Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Vladimir Zelenskiyə əfsanəvi “CZ 75″i təhvil verdim. Bu silah 1975-ci ildə hazırlanıb və o zamandan etibarən bütün dünyada fəal istifadə olunur”.

Xatırladaq ki, P.Pavel də aprelin 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Teqlər: