Çexiya parlamenti ukraynalı hərbçilərin təlim müddətində ölkədə qalmasına, habelə çex hərbçilərin ukraynalı həmkarlarına təlim keçmək üçün başqa ölkələrə göndərilməsinə icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb.
Parlamentin deputatları səs çoxluğu ilə ukraynalı hərbçilərə təlim keçmək üçün Çexiyada qalmalarına icazə verilməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Çexiyada ilin sonuna kimi ümumilikdə 800 Ukrayna hərbçisinin iştirak edəcəyi kurslar keçiriləcək.