Çexiya 450 min ukraynalı qaçqına sığınacaq verib

Çexiya 450 min ukraynalı qaçqına sığınacaq verib

Çexiya təxminən 450 min ukraynalı qaçqına müvəqqəti sığınacaq verib.

AzerTimes xəbər verir ki, bu barədə Çexiya Baş naziri Petr Fiala deyib.

“Çexiya öz əhalisinin say nisbətinə görə, bütün ölkələr arasında ən çox ukraynalı qaçqını qəbul edib – təxminən 450 min. Daxili İşlər Nazirliyindən alınan vizalar onlara nəinki bir il ölkəmizdə yaşamaq hüququ verir, həm də tibbi və sosial sığortadan yararlanmağa, həmçinin təhsil almağa və işləməyə imkan yaradır. Bu günə qədər Ukraynadan olan 100 mindən çox qaçqın artıq firma və müəssisələrdə iş tapıb”, – deyə baş nazir bildirib.

Teqlər: