Cerdan Şakiri “Liverpul”u “Lion”a dəyişib

“Liverpul”un yarımmüdafiəçisi Cerdan Şakirinin “Olimpik Lion”a keçidi rəsmiləşib.

AzerTimes xəbər verir ki, Fransa təmsilçisi isveçrəli futbolçunun transferi üçün mersisaydlara 6+5 milyon avro ödəyəcək.

Şakiri yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, 2018-ci ildən “Liverpul”da çıxış edən Şakiri buna qədər “Bazel”, “Bavariya”, “İnter” və “Stok Siti”nin formasını geyinib.

Teqlər: