Cerdan Şakiri İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu seçilib

Futbol üzrə “Avro-2020″nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə-Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

AzerTimes-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, İsveçrə yığmasının futbolçusu Cerdan Şakiri görüşün ən yaxşısı seçilib.

Qeyd edək ki, Cerdan Şakiri Türkiyə millisi ilə matçda iki qol vurub.

Teqlər: