Cənubun azad edilməsi üçün bunlar lazımdır – İqnat

Cənubun azad edilməsi üçün bunlar lazımdır – İqnat

Ukraynanın cənubunu tez bir zamanda azad etmək üçün ordunun aviasiya və artilleriya birləşməsinə ehtiyac var.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələrinin rəsmisi Yuri İqnat deyib.

“Artilleriya aviasiya ilə birlikdə ərazilərimizin tez bir zamanda azad edilməsinə həqiqətən kömək edə bilər”, – İqnat bildirib.

Onun sözlərinə görə, Ukrayna hücum və bombardman aviasiyasına, eləcə də Quru Qoşunlarının ordu aviasiyasına malikdir:

“Biz hər gün düşmənə raket və bomba zərbələri endiririk. Qırıcılar da hava dəstəyi verir”.

Teqlər: