Cənubi Sudanda yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Cənubi Sudanın paytaxtı Cubada hava limanında An-26 yük təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 5 heyət üzvü, o cümlədən iki rusiyalı həlak olub.

Qəzanın təyyarənin havaya qalxdığı zaman baş verdiyi deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.