Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tiflisdə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır.
AzerTimes xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrel Tvitter hesabında bildirib.
“Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür. Avropa Birliyi sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır”, – Borrell qeyd edib.