Cənubi Koreyadan KXDR-ə cavab: 400 mərmi…

Cənubi Koreyadan KXDR-ə cavab: 400 mərmi…

Cənubi Koreya hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın mərmi atıblar ki, bu da Koreya Xalq Demokratik Respublikasının (KXDR) demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “The Chosun Ilbo” qəzeti məlumat yayıb.

Hərbi mənbə bildirib ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin cənubundakı sularda şərti hədəfləri vurub.

Qəzet onu da yazıb ki, Cənubi Koreya hərbçiləri təlimlərə başlamazdan əvvəl Yonphyondo adasında əhali təxliyə edilib. Sakinlərdən sığınacaqlara getmələri istənilib.

Teqlər: