Cənubi Koreyada prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Cənubi Koreyada prezident seçkilərinin ilkin nəticələri
açıqlanıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin aparıcı
müxalifət partiyası olan “Vətəndaş Qüvvəsi” partiyasından Koreya
Respublikası prezidentliyinə namizəd Yun Seok-Yeol seçkilərdə qalib
gəlib.

Onun əsas rəqibi, hakim Toburo Demokratik Partiyasından olan Li
Jae-Myunq məğlubiyyətini etiraf edib.

Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına
görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yun
Seok-Yeola, 47,8%-i Li Jae-Myunqa səs verib.

Teqlər: