Cənubi Afrikada əhalinin “AstraZeneca” peyvəndi ilə vaksinasiyası təxirə salındı

Cənubi Afrika Respublikasının hakimiyyəti əhalinin koronavirusa qarşı vaksinasiyası kampaniyası çərçivəsində “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndlərdən istifadəni təxirə salıb.

AzerTimes-ın “TASS”a isitnadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin səhiyyə naziri Zvelini Mkize deyib.

Onun sözlərinə görə, bu barədə qərar sözügedən peyvəndlərin koronavirusun “Cənubi Afrika ştammına” qarşı effektivsizliyi barədə məlumatlardan sonra qəbul edilib:


“Bu, müvəqqəti problemdir. Biz bu problemi həll edənə qədər “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı təxirə salmalıyıq”.