Cənubda rusların 200-dən çox hərbçisi məhv edildi – Ukrayna

Cənubda rusların 200-dən çox hərbçisi məhv edildi – Ukrayna

Dünən Ukrayna aviasiyası cənub istiqamətində rusların döyüş mövqeləri, nəqliyyat yolları, logistik mərkəzləri, eləcə də dayaq və komanda məntəqələrinə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

“Zərbələr nəticəsində düşmənin 201 canlı qüvvəsi, 12 T-72 tankı, 18 ədəd zirehli avtomobil, 3 mobil minaatan, 2 “Akasiya”, özüyeriyən artilleriya qurğusu, 5 “Msta-B” haubitsası, “Buk-M3” və “Solnçepek” ağır artilleriya sistemi məhv edilib. Bundan başqa Xerson, Geniçesk və Berislavsk rayonlarında Rusiya ordusunun 6 sursat anbarı, 331-ci paraşüt-desant və 56-cı desant-hücum alaylarının komanda məntəqələri də vurulub”, – məlumatda qeyd olunub

Teqlər: