Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropaya qaz tədarükünün şaxələndirilməsinə xidmət edəcək – Britaniyalı nazir

Azərbaycan etibarlı və stabil təbii qaz tədarükçüsüdür.

Trend-in
məlumatına görə, bunu Böyük Britaniyanın biznes, energetika və
təmiz artım məsələləri üzrə dövlət naziri Qreqori Uilyam Hends Bakı
Enerji Həftəsinin açılış mərasimində deyib.

“İndi enerji təhlükəsizliyi üçün vacib vaxtdır. Bu gün
Azərbaycan etibarlı və stabil təbii qaz tədarükçüsüdür. Cənub Qaz
Dəhlizi Azərbaycandan başlayır. Bu dəhlizin genişləndirilməsi
Avropaya qaz tədarükünün şaxələndirilməsinə xidmət edəcək. Təbii
qaz ekoloji təmiz enerjiyə keçiddə vacib rol oynayacaq. Biz öz
tərəfdaşlarımızın, o cümlədən Azərbaycanın bu istiqamətdə
sadiqliyini alqışlayırıq. Azərbaycanda aktiv fəaliyyət göstərən bp
şirkəti 2025-ci ilədək tullantıların sıfır səviyyəsinə çatmaq kimi
ambisiyalı planlara malikdir”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: