Cənub Qaz Dəhlizi qaz bazarının inkişafı üçün vacibdir – Amos Hohştayn

Xəbər - Ləman Zeynalova – Trend:

Cənub Qaz Dəhlizi qaz bazarının inkişafı üçün çox vacibdir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hohştayn “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası nazirlərin 8-ci toplantısının çərçivəsində “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi və enerji keçidi ilə bağlı plenar iclasında deyib.

O, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji tədarükünün şaxələndirilməsinə mühüm töhfəsini xüsusi qeyd edib.

“Biz şadıq ki, Cənub Qaz Dəhlizi vaxtında icra olunub. Bu gün bu dəhlizin vacibliyi daha yaxşı anlaşılır. Bu layihə həm Avropanın etibarlı qaz təchizatı, həm də qaz bazarının inkişafı üçün vacibdir”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: