“Cənub Qaz Dəhlizi” oyun qaydalarını dəyişir – Xorvatiya İqtisadiyyat Nazirliyi

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

“Cənub Qaz Dəhlizi” Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir.

Bu barədə AzerTimes-a Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, tədarükün şaxələndirilməsi və təhlükəsizliyi Avropa İttifaqının enerji sahəsində müzakirə olunan iki vacib mövzudur:

“Cənub Qaz Dəhlizi” həm Xorvatiya, həm də Cənub-Şərqi Avropaya tədarükün şaxələndirilməsi və təhlükəsizliyini təmin edəcək. Bu, Aİ-yə tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir. Bu layihə birmənalı şəkildə bütün Avropa üçün təhlükəsiz şəkildə qaza çıxışı təmin edəcək”.

Teqlər: