“Cənub Qaz Dəhlizi” Avropaya sabit və etibarlı qaz tədarükünü təmin edib – Britaniyalı nazir

Xəbər - Ləman Zeynalova – Trend:

“Cənub Qaz Dəhlizi” Gürcüstan, Türkiyə və Avropaya sabit və etibarlı qaz tədarükünü təmin edib.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Avropa işləri üzrə naziri Kris-Hiton Harris Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasının iştirakçılarına ünvanlanan videomüraciətində deyib.

O qeyd edib ki, Şuranın iclası həm Avropanın enerji təhlükəsizliyi, həm də iqlim üçün həlledici məqamda keçirilir.


“Təbii qaz tədricən kömürdən imtina olunmasında həlledici rol oynayıb. Azərbaycan kimi ölkələr “xalis sıfır” dövrünün aparıcı enerji dövlətlərinə çevrilmək imkanına malikdir. Xəzər dənizində karbohidrogenlərin hasilatında rol oynamış bp kimi şirkətlər 2050-ci ilədək tullantıların sıfır həddinə çatdırılması üçün ambisiyalı planlar qururlar. Biz Azərbaycan hökuməti də daxil olmaqla, tərəfdaşlarımızım üzərinə götürdükləri öhdəlikləri alqışlayırıq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: