Cenevrə hava limanının yaxınlığında yanğın olub, bütün uçuşlar dayandırılıb

İsveçrənin Cenevrə hava limanı yaxınlığında yanğın baş
verib.

AzerTimes-ın
məlumatına görə, hadisə hava limanının uçuş zolağı yaxınlığında
qeydə alınıb. Yanğınla əlaqədar bütün uçuşlar və enişlər
dayandırılıb.

Hadisə yerindən görüntülər sosial şəbəkədə yayılıb. Videoda
yerdən qara tüstü qalxdığı görünür.

Sosial şəbəkələrdə yazıblar ki, yanğın sığınacaq axtaran
şəxslərin qəbulu binasında baş verib. Hadisənin hansı şəraitdə baş
verdiyi araşdırılır.