Cənet Cekson ərindən ayrıldı

Cənet Cekson ərindən ayrıldı

Dünya şöhrətli Maykl Ceksonun bacısı, müğənni Cənet Cekson həyat yoldaşı biznesmen Vissam Əl-Mana’dan ayrılıb.

Müğənni 3 ay öncə ana olub. Xəbərə əsasən cütlük nikahlarının uğursuz olduğunu bildirib və hər kəsin öz yolu ilə gedəcəyini deyib.

Əl-Mana qətərli milyarder və biznesmendir. O, gizli şəkildə 2012-ci ildə müğənni ilə ailə qurub. Bu ilin yanvar ayında cütlüyün oğlu dünyaya gəlib.

Qeyd edək ki, Cənet Cekson ərə gedəndən sonra islam dinini qəbul edib və hicaba keçib.

janet-jackson-wissam