Çempionlar Liqası: “Liverpul” yarımfinalın ilk oyununda “Vilyarreal”ı məğlub edib

İngiltərənin “Liverpul” futbol klubu UEFA Çempionlar Liqasının
ilk yarımfinal oyununda İspaniyanın “Vilyarreal” klubunu 2:0 hesabı
ilə məğlub edib.

AzerTimes-ın məlumatına görə, qarşılaşma “Liverpul”un “Enfild”
stadionunda keçirilib.

Oyunun 53 dəqiqəsində qonaqların müdafiəçisi Pervis Estupinan
avtoqolla fərqlənib, 55-ci dəqiqədə isə Sadio Mane fərqi 2 qola
çardırıb.

Cavab qarşılaşması mayın 3-ü İspaniyada keçiriləcək.

Teqlər: