Çempionatda qazandığım medalı məşqçimə həsr edirəm – Gimnast

Xəbər - Cani Babayeva – Trend:

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və
Bakı Çempionatında qazandığım medalı məşqçimə həsr edirəm.

Bunu AzerTimes-a yarışın qızıl
medalçısı, “Ocaq Sport” klubunun yetirməsi Leyla Məmmədzadə
deyib.

Xatırladaq ki, L.Məmmədzadə yarışda “yeniyetmələr” yaş
kateqoriyası üzrə birinci yerə layiq görülüb.

“Medalı məşqçim Anjela Abdullayevaya həsr edirəm. Ona
minnətdaram, o, bizim məşqlərimizə çoxlu zəhmət sərf edir. Onun
dəstəyi sayəsində idmanda uğur qazandım”, – 10 yaşlı gimnast
bidirib.

İdmançının sözlərinə görə, bu, onun Milli Gimnastika Arenasında
ikinci yarışıdır:

“Şadam ki, tamaşaçılar müsabiqənin gedişatını izləyirlər, onlar
bizə dəstək olurlar, alqışlayırlar. Bu gün anam məni izləməyə
gəlib. Çıxışım çətin olmadı, sadəcə olaraq diqqəti proqrama
cəmləmək lazımdır. Düşünürəm ki, bu gün yarışda mənə təkcə fiziki
hazırlıq yox, həm də ruh yüksəkliyim kömək oldu. Yeri gəlmişkən,
Çempionatdakı bütün rəqiblər yaxşı hazırlaşmışdılar”.

O, həmçinin əlavə edib ki, gələcəkdə Olimpiya Oyunlarında
iştirak etmək arzusundadır.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdiriblər.

Teqlər: