Cem Adrian Bakıda konsert verəcək

Cem Adrian Bakıda konsert verəcək

Oktyabrın 15-də Bakı Konqres Mərkəzində Bosniya əsilli türkiyəli ifaçı Cem Adrian yenidən Bakıda heyranlarının qarşısına çıxacaq.

AzerTimes xəbər verir ki, möhtəşəm performansı ilə seçilən C.Adrian azərbaycanlı musiqisevərləri üçün sevilən mahnılarını oxuyacaq.

Qeyd edək ki, Türkiyənin Ədirnə şəhərində dünyaya gələn müğənninin ilk albomu 2005-ci ildə işıq üzü görüb. Həmin ildə ifaçı silsilə konsert proqramları ilə çıxış edərək, bir çox beynəlxalq musiqi festivallarında iştirak edib. Daha sonra ifaçının digər musiqi albomları işıq üzü görüb.

Teqlər: