“Çelsi”nin sabiq futbolçusu zəlzələdə həlak oldu

“Çelsi”nin sabiq futbolçusu zəlzələdə həlak oldu

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

AzerTimes xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Murad Uzunmehmet məlumat yayıb.

O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Xatırladaq ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” kimi klublarında da çıxış edib.

Qeyd edək ki, bir müddət əvvəl K. Atsunin dağıntılar altından çıxarılması ilə bağlı məlumat yayılmışdı.

Teqlər: