İngiltərənin “Çelsi” futbol klubunun satışa çıxarıldığı
elanından təxminən üç ay sonra bu gün klub rəsmi olaraq amerikalı
iş adamı Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumunun
nəzarətinə keçib.
AzerTimes-ın
məlumatına görə, bu barədə klubun saytında bildirilib.
“Roman Abramoviç “Çelsi” futbol klubunun və əlaqəli şirkətlərin
Todd Boelli və “Clearlake Capital” şirkətinin başçılıq etdiyi bir
qrup investora satışını tamamlayıb”, – deyə qeyd olunub.