“Azercell”in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb (FOTO)

Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda təqdim
olunan innovativ xidmət və həllər ziyarətçilər tərəfindən böyük
maraqla qarşılanıb

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə
keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı başa
çatıb. Bütün türk dünyasının böyük coşğu ilə izlədiyi möhtəşəm
tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci
xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, Kimya üzrə Nobel
mükafatı laureatı Əziz Səncər, “TEKNOFEST”in İdarə Heyətinin və T3
Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye
və Texnologiya naziri Mustafa Varank da iştirak ediblər.

“TEKNOFEST Azərbaycan”nın baş sponsoru olan Azercell şirkəti
festivalda xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyasını təqdim
edib. Festivalın ilk günündə “Azercell Telekom” MMC-nin prezidenti
Zərinə Zeynalovanın müşayiəti ilə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi
qonaqlar şirkətin stendini ziyarət ediblər, burada təqdim olunan
innovativ məhsullar və texnoloji həllərlə tanış olublar.

Festivalın davam etdiyi dörd gün ərzində Azercell-in Rəqəmsal
Yaşam Studiyasında 1200-dən çox ziyarətçi şirkətin xidmətlərindən
ibarət rəqəmsal səyahətdən keçib. “Bağlantını asanlaşdırır, həyatı
daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell-in
təqdim etdiyi “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə,
əyləncə, sənət və digər mövzularda innovativ həlləri ziyarətçilər
tərəfindən maraqla qarşılanıb. Stenddəki “Azercell Life və Azercell
Akademiyası” guşəsində şirkət təmsilçiləri gənclərin təhsil və
inkişafına imkan yaradan fərqli proqramlar haqqında məlumat təqdim
ediblər. Azercell-in “Rəqəmsal Yaşam Studiyasında” artırılmış
reallıq səyahətinə qoşulan hər bir ziyarətçiyə maraqlı hədiyyələr,
uşaqlara kitab və suvenirlər təqdim olunub. Qeyd edək ki, 29 may
tarixində Azercell stendinin qonağı olan şəhid övladlarını
“Azercell Telekom” MMC-in prezidenti Zərinə Zeynalova hədiyyələrlə
qarşılayıb.

Bu ilin ən yadda qalan tədbirinə çevrilən “TEKNOFEST
Azərbaycan”ı dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək
Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ
layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq
simalarını kəşf etdirən bu festival çərçivəsində 8 texnoloji
yarışma, 3 beynəlxalq tədbir keçirilib, qalib komandaların üzvləri
prezidentlər və digər rəsmi qonaqlar tərəfindən təltif olunub.

Bu il 5 illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik
sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında
təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc
mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də
milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Teqlər: