Cəlilabadın həbsdə olan sabiq icra başçısının məhkəmə istintaqı yekunlaşdı

Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi ilə
bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

AzerTimes-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində
hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər
vəsatət qaldıraraq təqsirləndirilən şəxs Namiq Zeynalovun rayonda
gördüyü işlərin müəyyən olunmasını istəyiblər.

Prosesdə iş üzrə sənədlərin tətqiqi mərhələsinə yekun
vurulub.

Mülki iddia qaldırmış şəxslərin məhkəməyə gətirilməsi ilə bağlı
vəsatət isə təmin olunub.

Bununla da məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Dövlət
Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Cəlilabad rayon
İcra hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.2.2
(Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə);
179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət
alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı)
maddələri ilə ittiham elan edilib.

Teqlər: