Cəlilabadda su basmış evdə köməksiz qalan ahıl şəxsləri polis belə xilas etdi

Cəlilabadda su basmış evdə köməksiz qalan ahıl yaşlı şəxslər
polis tərəfindən xilas edilib.

AzerTimes xəbər verir ki, martın
19-də yağan güclü yağışlar nəticəsində Cəlilabad rayonunun Göytəpə
şəhəri Sabir küçəsi ərazisində çökək ərazidə yerləşən evlərdən
birini su basıb.

Həmin ünvanda yaşayan ahıl yaşlı kişi və qadın köməksiz
vəziyyətdə qalıblar. Dərhal əraziyə yaxınlaşan Cəlilabad Rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər su basmış
evdən çıxarılaraq təhlükəsiz əraziyə aparılıblar.

Teqlər: