Cəlilabadda şagirdin elektirik vurması nəticəsində ölməsinə görə başladılan cinayət işi məhkəməyə göndərilib

Fevralın 8-də Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta
məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn
Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı
vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı
tamamlanıb.

Cəlilabad rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
istintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və
Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə
usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini
yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı
vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin
314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun
ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon
məhkəməsinə göndərilib.

Teqlər: