Cəlilabadda qəza: xəsarət alanlar var

Cəlilabadda qəza: xəsarət alanlar var

Cəlilabad rayonunda yol qəzası baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ-2106” markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində ən azı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: