Cəlilabadda keçmiş məhkum həmkəndlisini balta ilə öldürməyə cəhd
edib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində
kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə
zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş
və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat
daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa
təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə
cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.