Cəlilabadda dəhşətli qəza: sürücü yanaraq öldü

Cəlilabadda dəhşətli qəza: sürücü yanaraq öldü

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, “Mersedes” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: