Cəlilabadda ağır qəza: yaralılar var

Cəlilabadda ağır qəza: yaralılar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sərnişin, rayon sakini, 1975-ci il təvəllüdlü S.İsayeva və sürücü xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: