Cəlilabadda ağır qəza: 7 nəfər yaralandı

Cəlilabadda ağır qəza: 7 nəfər yaralandı

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Mədətli kəndində qeydə alınıb.

Belə ki, “Niva” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: