Cəlal Kəngərlidən film kimi “Zəfər Günü” videosu

Cəlal Kəngərli “Zəfər və Cənnət anlımıza yazılıb” adlı əcnəbi tarixi filmlərini xatırladan video çarxı ilə qalib xalqımızı təbrik etdi.

“Zəfər və cənnət alnımıza yazılıb!” adlı qısametrajlı filmin çəkilişləri İsmayıllının Lahıc qəsəbəsində baş tutub. Süjet xəttində yaşlı misgər balaca uşağa Şuşada qazandığımız tarixi qələbənin hekayəsini danışır.

Ekran işində Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar artist Bəhruz Vaqifoğlu kimi məşhur simalar yer edib.

Cəlal Kəngərli bundan əlavə olaraq, “Ataya məktəb”, “Xilaskar”, “Qucaqda gedən körpələr tank belində qayıtdı” adlı vətənpərvərlik mövzusunda qısa filmlərin müəllifidir.


https://www.instagram.com/p/CV_E9iUDwmM

Teqlər: