Cek Dorsi “Twitter”-in baş direktoru vəzifəsindən istefa verib

“Twitter” sosial şəbəkəsinin baş direktoru Cek Dorsi tutduğu vəzifədən istefa verib.

Trend xəvər verir ki, bu barədə o tviterdəki rəsmi səhifəsində bildirib.

Onu “Twitter”-in texniki direktoru Paraq Aqraval əvəz edəcək. Sonuncun namizədliyi artıq direktorlar şurası tərəfindən təsdiqlənib.