Cəhd etdim, amma Putin dinləmədi – Merkel

Cəhd etdim, amma Putin dinləmədi – Merkel

Almaniya kansleri postunu tərk etməzdən əvvəl Vladimir Putinlə Ukrayna barəsində danışıqları təşkil etməyə çalışdım.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel “Spiegel” jurnalına müsahibəsində deyib.

Merkel bildirib ki, Fransa Prezidenti Emmanuel Makronla birlikdə 2021-ci ildə vəzifəsinin son yayında Putinlə AB çərçivəsində danışıqlar aparmağı planlaşdırıb:

“Amma mənim daha israr etmək rıçaqım yox idi, çünki hamı bilirdi ki, payızda postumdan gedəcəyəm”.

Eks-kansler 2021-ci ilin avqustunda Moskvaya son səfərindən də danışıb və bu səfər zamanı onun artıq nüfuzlu siyasətçi kimi qəbul edilmədiyini hiss edib:

“Bu, çox aydın idi. Siyasətdə təsir baxımından işiniz bitib. Putin üçün yalnız güc önəmlidir”.

Teqlər: