Çaylarda sululuq norma göstəriciləri azalıb – Umayra Tağıyeva

Xəbər - Fərid Zöhrabov – Trend:

Təqvim üzrə qış fəslinin davam etməsinə baxmayaraq, havanın
mülayim keçməsi ilə yaz öz gəlişini tezləşdirməyə çalışır. Hazırda
iqlim normasından 3,3 dərəcə yüksək olan temperatur rejimi daha çox
mart ayının birinci həftəsi üçün səciyyəvidir.

Trend xəbər verir ki,
bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
bildirib.

“Müqayisə üçün qeyd edək ki, keçən il Su çərşənbəsində
temperatur iqlim norması daxilində olub. Bu il isə bəzi bölgələrdə
havanın temperaturu hətta 17 dərəcəyədək yüksəlib. Baharın
yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi adətən
bölgələrdə çiskinli, dumanlı, yağıntılı hava şəraiti ilə
səciyyələnir. Ancaq dəyişən iqlim şəraitində bütün ənənələrə “zidd”
olaraq, bu il yağmursuz keçməklə daha fərqli olub. Elə buna görə də
çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək
azdır”.


U.Tağıyevanın sözlərinə görə, Su çərşənbəsinin inancları bir
daha suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu
göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə
istifadə etmək lazımdır. Ancaq bu yolla biz içməli su mənbələrimizi
gələcək nəsillər üçün mühafizə edib saxlaya bilərik.

Teqlər: