Çavuşoğlunun Lavrova Qafqazla bağlı bu sözləri deməsi…

Çavuşoğlunun Lavrova Qafqazla bağlı bu sözləri deməsi…

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra bildirib ki, Ankara Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasını zəruri hesab edir.

AzerTimes xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

“Çavuşoğlu Türkiyənin mövqeyini ifadə etdi – bu, Azərbaycanla Ermənistan arasında ən qısa zamanda, təbii ki, tamamilə Bakının şərtləri ilə razılaşmanın bağlanmasıdır.

Lavrov da öz növbəsində deyib ki, Ermənistan və Türkiyə arasında bizim dəstəyimizlə başlamış münasibətlərin normallaşması prosesini, regionda nəqliyyat əlaqələrinin, kommunikasiyaların və təbii ki, Cənubi Qafqazın münaqişədən sonra yenidən qurulması üçün səyləri alqışlayırıq”.

Safrastyan vurğulayıb ki, Rusiya Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaqda maraqlıdır, çünki Cənubi Qafqaz regionunda kommunikasiya xətlərinin bərpasını istəyir:

“Bu, indiki məqamda Rusiya üçün vacibdir. Belə ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında, regionda sabitliyin yaranmasında maraqlıdır”.

O əlavə edib ki, Rusiya Ukraynadakı vəziyyəti nəzərə alsaq, regionda hər an Ermənistanla Azərbaycan arasında silahlı münaqişəyə çevrilə biləcək təlatümlü vəziyyətə qətiyyən ehtiyac duymur:

“Rusiyalı nazir həmçinin bəyan edib ki, Moskva qeyri-regional oyunçuların Cənubi Qafqaza müdaxilə etməyəcəyinə ümid edir.

Qərblə münasibətlərin son həddə çatdığını nəzərə alsaq, Rusiya Qərbin Cənubi Qafqaz regionuna hər hansı təsir göstərməsinə qarşıdır”.

Teqlər: