Çavuşoğlu və Amreyev Qazaxıstandakı son hadisələri müzakirə ediblər

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Təşkilatın mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər üzv-dövlət Qazaxıstandakı baş verən son hadisələri müzakirə ediblər və Türk Dövlətləri Təşkilatının Qazaxıstan hökumətinə və qardaş qazax xalqına dəstəyini təsdiq ediblər.