Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsində şəhid olan qəhramanlarımızı yad edib.
AzerTimes xəbər verir ki, bu barədə nazir Feysbukda paylaşım edib.
“20 Yanvar 1990-cı ildə alovlanan müstəqillik atəşi bu gün müqəddəs Şuşaya aparan “Qələbə yolunu” da işıqlandırır.
Bu atəşi yandıran müqəddəs şəhidlərin xatirəsi əbədi yaşayacaqdır”, – paylaşımda qeyd edilib.