Çavuşoğlu: PKK təbliğatına icazə verənləri lənətləyirik!

Çavuşoğlu: PKK təbliğatına icazə verənləri lənətləyirik!

İsveçdə PKK təbliğatına icazə verilməsi qəbuledilməzdir. Bunu lənətləyirik.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“PKK, YPG tərəfdaşlarının Stokholmda ölkəmizi, dövlət başçımızı hədəf göstərən təxribatları davam edir. Buna icazə verilməsi qəbuledilməzdir”, – deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, rəsmi Ankara Stokholmda terrorçuların aksiyası ilə bağlı İsveçə rəsmi xəbərdarlıq edib.

Teqlər: