Çavuşoğlu Moskvaya səfər edəcək?

Çavuşoğlu Moskvaya səfər edəcək?

Yanvar ayında Moskvada Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.

Bildirilib ki, görüş üçün vaxt dəqiq olmasa da, iki ehtimal var:

“İndi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Afrika turundadır. Yanvarın 14-də evə qayıdır. Müvafiq olaraq, o, yanvarın 14-dən 15-dək Moskvaya gedə bilər. İkinci bir ehtimal isə odur ki, Çavuşoğlu yanvarın 17-də baş tutacaq Vaşinqton səfərindən sonra Rusiya paytaxtına yola düşə bilər”.

Teqlər: