Yunanıstan Ege dənizi və Şərqi Aralıq dənizi məsələlərində dürüst deyil və ədalətə gedən yolu bağlayır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Üçüncü güclər, o cümlədən Fransa Prezidenti Emmanuel Makron bizi görüşə çağırır. Biz müzakirəyə etiraz etmirik. Amma gərək dialoqun nəticəsi olsun”, – nazir bildirib.